lider-media.az

Daxili işlər naziri Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib

Baxış: 382 Tarix: 7-09-2024, 11:41

Изображение WhatsApp 2024-09-07 в 11.44.22_ab0d34a4.JPG

Sentyabrın 6-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib.  

DİN-nin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, kibercinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib. 

Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin birinci toplantısının Bəyannaməsini imzalayıblar.

Изображение WhatsApp 2024-09-07 в 11.44.23_fa3f9f07.JPG




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi