lider-media.az

Eduard Filip 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb

Baxış: 444 Tarix: 4-09-2024, 13:09

Fransanın sabiq Baş naziri növbəti prezident seçkilərində namizəd olacağını açıqlayıb

Fransanın Lö Havr şəhərinin meri, sabiq Baş nazir Eduard Filip 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Lider-media.az xəbər verir ki, E.Filip təkliflərinin kütləvi xarakter daşıyacağını və hər şey üçün fransızların qərar verəcəklərini bildirib.

E. Makronun sabiq Baş naziri namizədliyini açıqlasa da, hələ proqramını dəqiqləşdirməyib.

“Hər səhər özümə “etiketim nədir” sualını verməyə çalışmıram. Düşünürəm ki, siyasətdə özümüzü etiketimizin əsiri kimi hiss etsək, dustaq kimi olar və çox uzağa gedə bilmərik”,-deyə E. Filip “Le Point” jurnalına müsahibəsində qeyd edib.

Eduard Filip mövcud siyasi vəziyyətlə bağlı dörd təhlükə barədə danışıb - demokratik təhlükə, düzgün qiymətləndirilməyən büdcə təhlükəsi, fəaliyyətsizlik və təhlükəsizlik təhlükəsi. E. Filip deyib: “Biz özümüzü aldadırıq ki, bundan sonra da davam edə biləcəyik. Borc götürək, çünki zəngin, sabit ölkəyik və hamı bizə güvənir”. O, təhsil, ekologiya və ya mənzil kimi vacib mövzuları unutduran hərəkətsizlik riski, ictimai qayda və təhlükəsizlik amilləri barədə də danışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi