lider-media.az

Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər hər iki ölkənin ordusunun inkişafına töhfə verəcək

Baxış: 295 Tarix: 2-09-2024, 20:32

Sentyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki səfiri Luka di Canfrançesko ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri Azərbaycan ilə İtaliya arasında münasibətlərin digər sahələrdə olduğu kimi, hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkənin ordusunun inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə 2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub.

Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən L.Canfrançesko ölkələrimiz arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

İtaliyanın Azərbaycandakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vitzinin də iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi