lider-media.az

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar

Baxış: 233 Tarix: 1-09-2024, 14:09

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar

Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir.

Lider-media.az xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.

41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov qeyd edib ki, məntəqə üzrə 545 məhkum qeydiyyatdadır, 205 nəfər səs verib.

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar.

Bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman aparatının əməkdaşları Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müstəqil şəkildə öz təşəbbüsləri ilə müşahidə edirlər: “Əməkdaşlarımız həm Bakı şəhərində, həm regionlarda, həmçinin azad olunan ərazilərdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar. Hazırda biz cəzaçəkmə müəssisəsində məhkumların seçki hüququnun təmin olunmasını müşahidə edirik. Müşahidənin nəticələri haqqında ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, məhkum və həbs olunmuş şəxslər Pentensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi