lider-media.az

HHQ-də döyüş atışlı təlim keçirilib - VİDEO

Baxış: 325 Tarix: 27-08-2024, 18:28

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Lider-media.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf  hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi