lider-media.az

Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Roel Dona: qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir

Baxış: 431 Tarix: 27-08-2024, 13:58

  Avqustun 27-də Şəki şəhərində  "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfrans keçirilib. 

  Konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak edib.

  Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib.

  Daha sonra 2024-cü ilin sentyabr ayında ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər barədə danışan Roel Dona beynəlxalq tədbirdə 400-dən çox xarici qonağın Azərbaycana səfər edəcəyini qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi