lider-media.az

Türkiyə Prezidenti meşə yanğınlarının söndürülməsində dəstəyə görə Azərbaycan Liderinə təşəkkürünü bildirib

Baxış: 318 Tarix: 26-08-2024, 13:38

Türkiyə Prezidenti meşə yanğınlarının söndürülməsində dəstəyə görə Azərbaycan Liderinə təşəkkürünü bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Lider-media.az xəbər verir ki, Bitlis vilayətində çıxış edən Türkiyənin dövlət başçısının sözlərinə görə, Azərbaycanın lideri İlham Əliyev bir daha qardaşlıq örnəyi və “Bir millət, iki dövlət” kəlamına sədaqətini nümayiş etdirib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Qardaşım İlham Əliyev yalnız telefon danışığı ilə kifayətlənmədi, meşə yanğınlarının söndürülməsinə güclü dəstək olan amfibiya təyyarəsini ölkəmizə göndərdi. Azərbaycan həmişə Türkiyənin köməyinə gəlib, eyni zamanda, biz də çətin məqamlarda qardaş ölkəyə yardım edirik. Bu, gələcəkdə də davam edəcək”.

O xatırladıb ki, bundan əvvəl Rusiya Prezidenti də analoji addım atıb və Türkiyədə meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün təyyarə göndərib. Ərdoğan qeyd edib: “Bu iki təyyarə sayəsində ölkəmizdə yanğınları daha sürətli templərlə söndürə bilirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi