lider-media.az

Azərbaycanın növbəti rəsmi müttəfiqi bəlli oldu – Sırada hansı ölkə var? POLİTOLOQ AÇIQLADI

Tarix: 23-08-2024, 16:41

 

"Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Diqqətçəkən əsas məqam isə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”sidir".

Bunu Lider-media.az-a danışan politoloq Turan Rzayev deyib. 

Onun sözlərinə görə, bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bundan başqa, Özbəkistan Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi statusunu aldı:

"Prinsip etibarilə Özbəkistan-Azərbaycan münasibətləri son illərdə yüksək səviyyəyə çatmışdı. Yəni iki ölkənin müttəfiq olması an məsələsi idi. Nəticə etibarilə bu baş tutdu. Türkiyə və Özbəkistandan sonra üçüncü rəsmi müttəfiqimizin Qazaxıstan olması mümkündür. Astana-Bakı münasibətləri də yüksək səviyyədədir. Yəni Türkiyə və Özbəkistanın ardınca Qazaxıstan da Azərbaycanla müttəfiqlik haqqında saziş imzalaya bilər".

Politoloq bildirib ki, əslində, Şuşa Bəyannaməsi fonunda digər türk dövlətlərinin də Bakı ilə münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracağı bəlli idi. Düzdür, Qırğızıstan və Türkmənistanla bənzər müqavilənin imzalanması bir az vaxt apara bilər. Bununla belə gec-tez bu da baş tutacaq. Prosesin sonunda isə TDT-nin vahid xartiyasının imzalanması mümkün görünür. Yəni “Türk Respublikaları arasında müttəfiqlik münasibətləri haqqında müqavilə” imzalana bilər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi