lider-media.az

Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Baxış: 305 Tarix: 23-08-2024, 13:06

 Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

  Qurumun Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsi (CASC) gender strategiyasının inkişafı və həyata keçirilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin prokurorluq, mərkəzi orqanlarının nümayəndələrinin, eləcə də mütəxəssislərin CASC Şəbəkəsi üçün Gender Strategiyasının hazırlığına cəlbi məqsədilə cari ilin 19-20 avqust tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində regional görüş keçirilib. 

  Tədbirdə  Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Nigar Yahyazadə təmsil edib.

  İdarə prokuroru gender bərabərliyi ilə bağlı müddəaların milli qanunvericilikdə olan yeri və  prokurorluq orqanlarında gender bərabərliyinin təmin edilməsi sahəsində görülmüş işlər barədə çıxış edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi