lider-media.az

Azərbaycanla Qazaxıstan arasında hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlıq müzakirə olunacaq

Baxış: 313 Tarix: 23-08-2024, 09:33

Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.

Lider-media.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi