lider-media.az

Netanyahunun oğlunun evində bomba tapıldı

Baxış: 306 Tarix: 22-08-2024, 09:28

 

İsrailin baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin evində partlayıcı qurğuya bənzər əşya tapılıb. 


Lider-media.az xəbər verir ki, bu barədə İsrailin “N12” telekanalı məlumat yayıb.


Belə ki, avqustun 21-də ətraf qonşulara polis tərəfindən xəbərdarlıq edilib. Bildirilib ki, evdən çıxmasınlar və pencərələrə yaxın əyləşməsinlər. Bundan 3 saat sonra polis açıqlama verərək narahatlığa ehtiyac olmadığını deyib. 


Qeyd edək ki, hadisə zamanı Netanyahunun oğlu mənzilində olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi