lider-media.az

Dohada Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunub

Baxış: 403 Tarix: 16-08-2024, 10:34

 

Qətərin paytaxtı Dohada Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi üzrə danışıqların ilk günündə irəliləyiş əldə olunub.

Lider-media.az xəbər verir ki, bu barədə “The Times of Israel” öz mənbələrinə istinadən xəbər verir.

Bununla belə, müzakirələrin digər təfərrüatları açıqlanmayıb.

Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər danışıqları yekun nəticə əldə olunanadək davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, ABŞ-ni Doha görüşündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi