lider-media.az

Polşa ABŞ-la birlikdə “Patriot” sisteminin bir hissəsi olan 48 raket buraxılış qurğusunun istehsalı ilə bağlı müqavilə imzalayıb

Baxış: 309 Tarix: 12-08-2024, 23:22

                 Polşa ABŞ-la birlikdə “Patriot” sisteminin elementlərini istehsal edəcək

Polşa ABŞ-ın "Raytheon" konserni ilə “Patriot” hava hücumundan müdafiə sisteminin bir hissəsi olan 48 raket buraxılış qurğusunun birgə istehsalı ilə bağlı müqavilə imzalayıb.

Lider media.az xəbər verir ki, bu barədə Polşa Radiosu məlumat yayıb.

Bildirilib ki, Polşa tərəfi saziş çərçivəsində buraxılış qurğuları üçün avadanlıq, eləcə də sistemlərə elektron dəstək verəcək. Bundan əlavə, Polşa texniki dəstək, bəzi raket komponentlərinin və radar sistemlərinin elementlərinin istehsalına diqqət yetirəcək.

Müqavilə çərçivəsində avadanlığın bir hissəsinin Polşada istehsal olunacağı və 2027-29-cu illərdə Polşa ordusunun istifadəsinə veriləcəyi nəzərdə tutulur.

“Patriot” sistemləri Polşada hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biridir”, - məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi