lider-media.az

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Baxış: 247 Tarix: 10-08-2024, 19:59

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 8 avqust 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda avqustun 9-dan start götürən seçkiqabağı təşviqatla bağlı proseslərin gedişi, təşviqat subyektləri üçün yaradılmış hərtərəfli geniş imkanlar və Mərkəzi Seçki Komissiyası tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr diqqətə çatdırılıb, deputatlığa namizədlər və müşahidəçilərə dair statistik göstəricilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.

  

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və kommunikasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi