lider-media.az

Ermənistan KTMT-nin tədbirlərinə qoşulmaqdan da imtina edib

Baxış: 353 Tarix: 6-08-2024, 10:42

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sentyabrda Qırğızıstan ərazisində keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” hərbi təlimlərində iştirakdan imtina edib.

Lider-media.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə KTMT-nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusdan olan hərbçilər qatılacağı təlimlərdə yeni taktiki üsul və vasitələrdən, eləcə də müasir döyüş təcrübəsində istifadə olunacaq. 

Qeyd edək ki, bu, Ermənistanın KTMT tədbirlərinə qoşulmadığı ilk belə hal deyil. Bundan əvvəl də rəsmi İrəvanın Rusiyada təşkil olunacaq “Kobalt-2024” hərbi təlimlərinə də qatılmayacağı açıqlanmışdı.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi