Azərbaycanı dünyada məşhurlaşdıran, əlbəttə ki, onun bir-birindən gözəl dilbər guşələridir. Cənnət Qarabağ, Şərqi Zəngəzur... Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib, torpağının hər qarışı qızıla bərabərdir, yeraltı, yerüstü sərvətləri boldur. Həm də turizm baxımından ən əlverişli məkandır.
İşğaldan azad edildikdən sonra bu torpaqlarda böyük quruculuğa başlanılıb, düşmənin torpağın bağrına vurduğu yaralar yavaş-yavaş sağalır. Minalardan təmizləndikcə daha rahat nəfəs alan torpaqların həm də təhlükəsizliyi təmin edilir. İnfrastruktur yaradıldıqca əzəli sakinlər də doğma yurdlarına qayıdırlar. Bu yerlərdə gedən quruculuğa və qayıdışa bütün dünya şahiddir.
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində çıxışında deyib: "Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz bəlkə bu işlərin heç beş faizi deyil...".
Bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq paralel şəkildə həyata keçirilir, yəni Qarabağın turizm potensialının dünyaya tanıdılması istiqamətində də müəyyən addımlar atılır. Çünki bu yerlərdə turizm sektorunun inkişafı bölgənin iqtisadi baxımdan tez bir zamanda dirçəldilməsinə müsbət təsir göstərəcək. 2021-ci ildə bölgəyə səfərindən sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının katibi Altınbek Mamayusupov əminliklə qeyd edib ki, azad edilmiş torpaqlarda həyat yenidən dirçələcək və bölgə qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək.
Bəs Qarabağ, Şərqi Zəngəzur hansı üstünlükləri ilə turistləri özünə cəlb edə biləcək? Mütəxəssislərin fikrincə, bu yerlərdə turizmin bir çox növləri - eko, dağ, qış, ov, sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar var. Bölgənin qədim tarixə malik olması, o yerlərin flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, zümrüd meşələri, şır-şır bulaqları turistləri özünə cəlb edəcək. Bu yerlər ekstremal turizm, aqroturizm, "yaşıl turizm"i təşkil etmək üçün də əlverişlidir.
Kəlbəcər-Laçın rayonundakı İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlardan, iqlim-balneoloji şəraitdən, dağ meşələrindən kurort məqsədləri üçün istifadə oluna bilər.
Qubadlının gözəl təbiəti, oradakı Həkəri çayı, Şuşanın Cıdır düzü, Topxana meşəsi, Çətir şəlaləri o yerləri bir dəfə görəni təkrar gəlməyə sövq edəcək. Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına da imkan verəcək. Laçın İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya malik sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı şübhəsiz ki, diqqət çəkəcək. Deyirlər, Kəlbəcərin turizm potensialı, hətta Gürcüstanın turizm mərkəzlərinə əsaslı rəqib ola bilər. Xudafərin körpüsünün yaxınlığında da eyni adda turizm mərkəzləri yaratmaq mümkündür. Minillik qədim tarixi olan Xudafərin bu zonanın inkişafına təkcə elə özünün tarixi adı ilə böyük töhfələr verə bilər. Cəbrayıl rayonu işğaldan əvvəl "Kiçik Soçi" adlandırılmışdır. Çünki 11 iqlim qurşağından 9-u məhz bu rayondadır. Bu isə ciyərlərin sağlamlığı üçün oksigen terapiyasına əlverişli şərait yaradır.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov mədəniyyətimizin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturasından danışarkən deyib: "Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib. Bütün bunlar imkan verir ki, Şuşada maraqlı turizm xidmətləri marşrutları yaradaraq onları turistlərimizə təqdim edək".
Statistik rəqəmlər də bölgənin turizm imkanlarına malik olduğunu əks etdirir. Belə ki, ilkin araşdırmalara əsasən, deyilir ki, 1988-ci il üzrə məlumat bazası mehmanxanaların 17 faizinin Qarabağ bölgəsinə aid olduğunu təsdiqləyir. Şuşa şəhərində işğala qədər 400 yerlik istirahət evi, 130 yerlik "Səfa" turist bazası, Şuşa sanatoriya-kurort birliyinə aid 1316 yerlik sanatoriya, 1985-ci ildən "Zamanpəyə" (Soyuqbulaq) turist bazası ilk özəl sahə kimi fəaliyyət göstərib. Ağdam rayonunda isə işğala qədər 100 yerlik Abdal-Gülablı, 50 yerlik Şelli sanatoriyaları, 40 nəfərlik Şahbulaq turist bazası da bu yerlərə gələn müsafirlərə xidmət göstərib.
Bir sözlə, bu sahə bizim üçün yeni deyil, məhz bu səbəbdən ənənələrə əsaslanaraq turizm üzrə ekspertlər maraqlı təkliflərlə çıxış edirlər. "Qarabağ turu"nun müəllifi İnnarə İbrahimova hələ 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə bu turu Bakı-Bərdə-Ağdam-Ağcabədi-Beyləqan-Füzuli rayonlarına reallaşdırdığından məmnunluğunu ifadə edərək onun ikinci hissəsini artıq işğaldan azad olunmuş torpaqlarımızda da davam etdirmək arzusunda olduğunu deyir.
Fransız yazıçısı Aleksandr Düma vaxtilə Qarabağda olarkən bu bölgəni xüsusi yer, məkan adlandırıb, "Qafqaza səyahət" əsərində Qarabağın gözəlliyini vəsf edib. Turizm mütəxəssisi deyir ki, elə bu əsərdən ilhamlanaraq "Aleksandr Düma Qafqazda" turunu əcnəbilərə təqdim etmək lazımdır. Biz burada Xan qızı Natəvanın simasında Azərbaycan xanımının obrazını, ailə dəyərlərimizi, mədəniyyətimizi, qonaqpərvərliyimizi, milli geyimlərimizi sərgiləyə bilərik.
Qarabağın mətbəxi də adla deyilir, çox məşhurdur. Bu yerlərə qastronomik turların təşkili də yeməklərimizin dadını əcnəbilərin damağında qoyacaq: Qubadlı aşı, "Avdal qutabı", Abdal-Gülablının xüsusi reseptlə hazırlanan düyü qutabı, Qarabağın qırxbuğumlu aşı, Ağdamın balbası, Pənahəli xanın dövründə hazırlanan "qiyməli plov", Şuşanın məşhur "Şeşrəngi" aşı, axtalı-zoğallı aş, nardança sadalamaqla qurtarmır.
Dövlət başçısının dediyi kimi, "Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir".

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb