Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri üçün əməyin təhlükəsizliyi mövzusunda keçirilən təlimlər başa çatıb.
Üç gün davam edən təlimlər zamanı mütəxəssislər tərəfindən Özbəkistan nümayəndələrinə əmək hüquqları, əməyin mühafizəsi, bu sahələrdə mövcud olan beynəlxalq konvensiyalar, müasir yanaşmalar və qabaqcıl təcrübələr haqqında ətraflı məlumat verilib. Tədbir prosesində interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Təlimlərin sonunda Özbəkistan həmkarlar ittifaqları nümayəndələrinə sertifikatlar təqdim olunub. Sonra AHİK-in “Abşeron” və “Şıx” sanatoriyalarına baş çəkən Özbəkistan nümayəndələri burada müalicə və istirahət üçün yaradılmış şərait, müalicə üsulları və müasir tibbi avadanlıqlarla tanış olublar. Bildirilib ki, Konfederasiya tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, istirahətinin səmərəli təşkili üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir, sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır. Hər iki sanatoriyada mövcud imkanlar və müalicə xidmətləri Özbəkistan nümayəndələri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən təlimlərin, aparılan təcrübə və fikir mübadiləsinin onların gələcək fəaliyyəti üçün faydalı olacağını vurğulayıb və minnətdarlıqlarını ifadə ediblər.



























AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Mərkəzi Bank bu il və gələn il üçün neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Ağdamın yeni nəslinin nəfəsi
Avqustun 1-də gözlənilən hava şəraiti
Sağlamlıq üçün təbiətin gücü - Təbii müalicə üsulları haqqında Səhiyyə Nazirliyinin mütəxəssisinin izahı
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti bu gün də bahalaşdı
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
K.A.Kərimovun yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması