lider-media.az

Himayədar ailələrə verilən uşaqların sayı 53-ə çatıb

Baxış: 222 Tarix: 6-09-2025, 13:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 53-ə çatıb.

Onlardan 32-si qız, 21-i oğlandır. Həmçinin 27 nəfəri 6 yaşadək olan, 21 nəfəri 7-13 yaş arası, 5 nəfəri 14-18 yaş arası uşaqlardır. Uşaqlardan 29-u hazırda Bakı şəhərindəki, 24-ü rayonlardakı (Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1 ailə) himayədar ailələrdə yaşayırlar.

Qanunvericiliyə uyğun olaraq Nazirliklə uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsinə və inkişafına xidmət edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi