lider-media.az

Sentyabrın 7-də gözlənilən hava şəraiti

Baxış: 231 Tarix: 6-09-2025, 12:36

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi