lider-media.az

Milli Qəhrəman Eldar Tağızadə

Baxış: 211 Tarix: 6-09-2025, 11:15

2019/06/e8f6d-1559549483.jpg

Eldar Tağızadə 1963-cü il sentyabrın 6-da Bakı şəhərində anadan olub. 1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil alıb.
Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı.
Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Onun sayəsində bir çox insan girovluqdan azad edilib. 1991-ci ildə ona kapitan rütbəsi də verilir. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər və bir il sonra iyunun 3-də Tağızadə yenidən Qarabağa göndərilir.
Döyüş zamanı "Şaka" ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən "Şaka" qəfil olaraq Eldarın sinəsinə atəş açır cəsur polis qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi