lider-media.az

Türkiyədə zəlzələ

Baxış: 21487 Tarix: 7-09-2025, 15:11

Türkiyədə 4,9 bal gücündə ZƏLZƏLƏ

Türkiyənin Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur. Yerli vaxtla saat 12:35-də qeydə alınan zəlzələnin ocağı yerin 7,72 kilometr dərinliyindədir. Yeraltı təkanlar Balıkesirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss olunub. Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sahə araşdırmalarına başlanıldığını bildirib. AFAD-dan verilən açıqlamada hazırda zəlzələ ilə bağlı hasısa mənfi halın aşkarlanmadığı qeyd edilib.

Xatırladaq ki, avqustun 10-da eyni bölgədə 6,1 bal gücündə zəlzələ olub və artıq bir aydır burada yeraltı təkanlar davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi