lider-media.az

Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək

Baxış: 21349 Tarix: 6-09-2025, 12:48

image
24-26 sentyabr tarixlərində Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək. Bu barədə MDB-nin İnternet portalı məlumat yayıb.Forum milli statistika xidmətlərinin, beynəlxalq təşkilatların, dövlət qurumlarının və tədqiqat dairələrinin nümayəndələrini bir araya gətirəcək.Forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunacaq. İştirakçılar metodologiya, milli və beynəlxalq təcrübə, həmçinin qlobal statistik təşəbbüslər (Milli Hesablar Sistemi 2025, əhali və mənzil fondunun siyahıyaalınması (2030-cu il raundu və s.), eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqinin həyata keçirilməsi perspektivlərini müzakirə edəcəklər.Bundan başqa, layihələrin səmərəliliyinin əsas amillərinə: informasiya texnologiyalarının tətbiqinə, smart məlumatların inteqrasiyası və istifadəsinə xüsusi diqqət yetiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi