lider-media.az

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib

Baxış: 233 Tarix: Сегодня, 15:06

“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 5 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin, Şirvan Gənclər Evinin, Mingəçevir “ASAN xidmət”, Naxçıvan regional “ASAN xidmət” mərkəzlərinin könüllülərinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Bilgəh, Sumqayıt, Lənkəran sahillərində, Kür çayının Şirvan şəhərindən keçən hissəsində, Xaçmaz rayonu İstisu qəsəbəsində, Laçın rayonu Bozlu kəndində, Şahbuz rayonu Heydər Əliyev Su Anbarının ətrafında, Mingəçevir şəhəri F.Abdullayev küçəsi Bozdağın ətəyində, Şəki rayonu Göynük, Göygöl rayonu Hacıkənd, Bərdə rayonu Aslan-Əyricə meşəbəyliklərində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 3.6 tondan artıq tullantıdan təmizlənib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi