lider-media.az

“Paris- 2024”: Olimpiya kəndindəki karton çarpayılar idmançıları təəccübləndirib

Baxış: 308 Tarix: 26-07-2024, 08:19

“Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları tənqid obyektinə çeviriblər.

Lider-media.az xəbər verir ki, idmançılar onlara verilən çarpayılar haqqında sosial şəbəkələrdə paylaşım ediblər.

“Karton çarpayıda ilk gecə. Kürəyimi itirirəm”, - deyə su polosu üzrə avstraliyalı çempion Tilly Kearns “Instagram” səhifəsində paylaşdığı videoda deyib. “Çarpayılar həqiqətən də kartondandır, çox sərtdirlər”, - deyə qısa məsafəyə qaçış üzrə idmançı Whitney Tie paylaşıb. “Zarafat deyil, gördüyünüz kimi Olimpiya çarpayısı kartondandır”, - deyə Fransız cüdoçu Julyan Brular da təəccübünü gizlətməyib. Reqbi oyunçusu Libbi Janse van Rensburg çarpayılarla bağlı fikrini dedikdən sonra çarpayıların dayanıqlığını yoxlamaq üçün onun üzərinə tullanıb.

Bildirilir ki, 26 000 ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb.

Ancaq Olimpiya kəndində təkcə çarpayılar gülüş obyekti olmayıb. Otaqlarda televizorların olmaması da idmançıları məyus edib. Həmçinin, müxtəlif ölkələrdən gəlmiş idmançılar “TikTok” sosial şəbəkəsində yeməklərin ədviyyatsız, bir növ dadsız olmasına təəssüfləniblər. İdmançılar paltarlarının yuyulmasında da problemlərlə üzləşdiklərini bildirirlər. Ancaq bəzi “müsbət” baxışı olanlar da var. Məsələn, dekorasiya ilə bağlı. “Hər komanda öz binasını bəzəyə bilər”,- deyə kanoe slalom üzrə çempion Cessika Foks bunun guya sevindirici olduğunu paylaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi