lider-media.az

DOST Agentliyində Qırğızıstan nümayəndə heyəti ilə görüş keçirilib

Baxış: 398 Tarix: 25-07-2024, 16:38

Azərbaycana səfər edən Qırğız Respublikasının ədliyyə, rəqəmsal və kibertəhlükəsizlik üzrə nümayəndə heyəti DOST Agentliyində olub.

Agentlikdən verilən məlumata görə, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin dövlət sosial xidmətləri sisteminə gətirdiyi innovativ yeniliklər qonaqların diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahə üzrə xidmətlərin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmasına imkan yaratdığı vurğulanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib.

Daha sonra keçirilən görüşdə Qırğızıstan nümayəndə heyəti üçün DOST konsepsiyasına dair təqdimat edilib. DOST mərkəzlərində ötən dövrdə 2,8 milyondan çox vətəndaşa xidmət göstərildiyi, DOST konsepsiyasının beynəlxalq uğurları qeyd olunub.

Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələri müzakirə edilib, fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi