lider-media.az

Ölkəmizdə səfərdə olan beynəlxalq səyyahlar Şuşa şəhərinə gəliblər

Tarix: 25-07-2024, 12:10

Dünyanın miqyaslı dörd nəhəng səyyah klubundan biri olan - Most Traveled People (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, beynəlxalq səyahətçilər səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhərin işğaldan azad edilməsindən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Adı dünyanın ən böyük səyyahları siyahısında ilk onluqda yer alan Çarlz Vilinin rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıblar. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Bu, klubun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən sayca 11-cidir.

Belə səfərlər işğal dövründə törədilən vandallıq aktları, eləcə də azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanışlıq imkan yaratmaqla, əsl həqiqətlərin dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi