lider-media.az

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib

Baxış: 397 Tarix: 24-07-2024, 18:38

Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib.

İctimai Birlikdən verilən məlumata görə, tədbirdə əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycana qayıdışımızın qüdrətli Azərbaycan dövlətinin əsas hədəflərindən biri olduğu, Prezident İlham Əliyevin bu məsələyə ayırdığı xüsusi diqqət və qayğı qeyd olunub.

Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Qərbi Azərbaycan İcması yurd yerlərimizə qayıdış üçün soydaşlarımız arasında və beynəlxalq təşkilatlarla əsaslı işlər görür.

Çıxışlarda Azərbaycan diasporunun mütəşəkkilliyinin möhkəmlənməsi, ölkəmizə dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsindən də söhbət açılıb.

Eyni zamanda, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin fəaliyyətindən və keçirdikləri tədbirlərdən bəhs olunub. Vurğulanıb ki, bu tədbirlər beynəlxalq ictimaiyyəti maarifləndirmək baxımından yüksək qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi