lider-media.az

Azərbaycan gimnastları beynəlxalq turnirdə 8 medal qazanıblar

Baxış: 412 Tarix: 14-07-2024, 21:22

Azərbaycan gimnastları beynəlxalq turnirdə 8 medal qazanıblar

Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində 8 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bunlardan 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc mükafatdır.

Tamblinq üzrə yarışda Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Batut və ikili mini-batut gimnastikası üzrə hərəkətlərin icrasında Hüseyn Abbasov iki, Ammar Baxşalıyev bir qızıl, Nicat Mirzəyev isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi