lider-media.az

Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan gimnastları Vətənə dönüblər

Baxış: 228 Tarix: 9-04-2024, 08:01

Lider-media.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tamblinq üzrə millinin üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Əli Niftəliyev və Ammar Baxşaliyev də (batut gimnastikası) sinxron proqramda birinci yeri tutublar.

Tofiq Əliyev (tamblinq), Ayan Şabanova və Samirə Hüseynova (batut gimnastikası) sinxron proqramda gümüş medal qazanıblar. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi