lider-media.az

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Baxış: 357 Tarix: 13-07-2024, 19:04

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan, Azərbaycan vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməkdədir.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu tədbirlər çərçivəsində iyulun 13-dən ölkəmizin İstanbuldakı baş konsulluğunun binasında 1990-cı illərdə Türkiyəyə mühacirət etmiş və o vaxtdan bəri orada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının qəbulu başlayıb. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum və nikah haqqında şəhadətnamə və s.) verilməsi, eləcə də digər konsulluq əməliyyatları həyata keçirilir.

Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizləri edilir.

Qəbul Türkiyə ilə razılaşdırmaqla məsələ üzrə Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu tərəfindən iyulun 21-dək həftənin şənbə və bazar günləri keçiriləcək.

Qeyd edək ki, 2022-2024-cü illər arasında bu istiqamətdə keçirilən tədbirlər nəticəsində yeddi mindən artıq vətəndaşımızın müraciəti cavablandırılıb. Onlardan 3500-dən çoxunun ümumvətəndaş pasportu dəyişdirilib və ya yeniləri ilə əvəzlənib. Bu, 2024-cü ildə ikinci, ümumilikdə isə onuncu qəbuldur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi