lider-media.az

Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirib

Baxış: 178 Tarix: 12-07-2024, 12:59

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə intensiv maarifləndirmə layihələrini davam etdirir.

MSK-nın maarifləndirmə proqramı əsasında iyulun 12-də növbəti tədbir - Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar təşkil edilib.

Tədbir MSK sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq, Komissiya üzvlərinin Milli Məclisə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericiliyin tələbləri, namizəd irəli sürmək hüququna malik subyektlər, namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası, habelə imza vərəqələrində və namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınmasının əsaslarına dair təqdimatları dinlənilib.

Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzular barədə ətraflı məlumat verilib, tədbirin praktiki hissəsində geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminar zamanı hər bir iştirakçıya tanışlıq məqsədilə MSK-nın deputatlığa namizədlər üçün hazırladığı yaddaş kitabçası da təqdim olunub.

Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan seminarda deputatlığa namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birinin nəzdində yaradılan işçi qrupunun rəhbəri iştirak edib.

Qeyd etmək lazımdır ki, mühüm maarifləndirmə layihələrindən olan bu tədbir Milli Məclisə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı  dairə seçki komissiyalarının məlumatının artırılması, onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və kommunikasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi