lider-media.az

Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblar

Baxış: 349 Tarix: 10-07-2024, 22:36

NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda görüş keçirilib.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə Dövlət katibinə minnətdarlıqlarını bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi