lider-media.az

Ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 22 faizdən çox artıb

Tarix: 10-07-2024, 13:06

Ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 22 faizdən çox artıb

2022-2024-cü illərdə ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,5 milyon ev təsərrüfatına baxış keçirilib və əldə edilmiş uçot məlumatları tam təhlil olunub.

Lider-media.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi aparılıb.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 min nəfərdən 22,2 faiz artaraq bu ilin 28 iyun tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi