lider-media.az

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir

Tarix: 10-07-2024, 12:38

İyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak edirlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

MSK indiyədək 17 siyasi partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb.

Qeyd edək ki, ölkə üzrə seçicilərin vahid siyahısına 619 məntəqə üzrə 6 milyon 326 min 764 seçicinin adı daxil olunub. Onların 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi