lider-media.az

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

Baxış: 255 Tarix: 1-07-2024, 21:33

“Müasir cəmiyyətdə miqrantlara qarşı ksenofobiya və nifrətin qızışdırılması yolverilməzdir”..

Lider-media.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərəkən bildirib.

Dövlət başçısı siyasi məqsədlərlə ksenofobiya kartının oynanılmasını “zəiflik” adlandırıb.

“Heç kimin qısamüddətli siyasi dividentlər və populizm adı ilə cəmiyyəti parçalamağa haqqı yoxdur. Barbarlıq və vandalizm qəbuledilməzdir”, - deyə Türkiyə lideri bildirib.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyənin hakim partiyası populizm mövqeyindən çıxış etməyib və heç vaxt etməyəcək.

“Türkiyənin sabitliyini pozmaq, inkişafını dayandırmaq, onu geriyə atmaq cəhdləri uğurlu olmayacaq”, - deyə Prezident əmin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi