lider-media.az

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Baxış: 147 Tarix: 1-07-2024, 18:47

    Cari ilin 1 iyul tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində  mədəniyyət sahəsində çalışan şəxslər üçün “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” adlı tədbir keçirilib.

  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası zəminində təşkil edilməklə Mədəniyyət Nazirliyinin strukturuna daxil olan müəssisələrin rəhbər işçiləri və əməkdaşlarının dinləyici qismində qatıldığı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva, habelə, həmin idarənin prokurorları Kamil Kamilli və İlkin Babazadə mühazirəçi qismində iştirak ediblər. 

  Tədbir zamanı çıxış edən əməkdaşlarımız tərəfindən görüş iştirakçılarına korrupsiyanın anlayışı və tarixi, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv islahatlar, korrupsiyaya qarşı mübarizəni həyata keçirən ixtisaslaşmış qurumların strukturu və fəaliyyəti, korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlər, qeyd edilən sahədə ölkəmizin qoşulduğu beynəlxalq təşəbbüslər və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq kimi mövzular üzrə görüş iştirakçılarına geniş məlumat verilib.

  Tədbirin sonunda dinləyicilər tərəfindən verilmiş müxtəlif məzmunlu suallar nümayəndələrimiz tərəfindən ətraflı şəkildə cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi