2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi kontekstində COP29-un ölkəmizdə keçirilməsinə qərar verilməsi şərəfli missiya olmaqla yanaşı, eyni zamanda qarşıya iqtisadiyyatın bütün sahələrində ekoloji davamlılıq və Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinə ciddi riayət etmək kimi böyük məsuliyyət qoyur.
Dinamik inkişaf edən neft sektoruna malik Azərbaycanın potensialı onun davamlı inkişaf yolunu müəyyənləşdirib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi" imzalanandan sonra ölkədə neft hasilatı və ixracında nəzərəçarpacaq iqtisadi yüksəliş müşahidə olunub. Bununla belə, davamlı inkişafa "yaşıl" yanaşma tələbinin mövcud tendensiyaları, təbii resursların ehtiyatlı idarə edilməsi zərurəti, iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığı azaltmaq və s. kimi amillər ölkə iqtisadiyyatına ziyan vura biləcək paradoksal haldan qaçmaq üçün imkan yaratmışdır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etmiş neft-qaz sənayesinin qurulmasına və onu bütün tərəfdaşlar üçün investisiya nöqteyi-nəzərindən cəlbedici etməyə, qeyri-neft sektorunun, o cümlədən "yaşıl enerji" sektorunun inkişafına, həm investorlar, həm də potensial alıcılar üçün cəlbedici model qurmağa nail olmuşdur.
Azərbaycanın iqtisadi strategiyasında son illər ciddi dəyişiklik baş verib. Belə ki, ölkədə qeyri-neft sektorunun inkişafı ilə yanaşı, bərpaolunan və alternativ enerji mənbələrindən istifadə etməklə elektrik enerjisinin Avropaya ixracına böyük əhəmiyyət verilir. Azərbaycan təmiz enerji potensialından istifadə etməklə təkcə karbon qazı emissiyalarını azaltmağa deyil, həm də qlobal "yaşıl enerji" bazarında əsas oyunçu mövqeyini qoruyur. Bu uzaqgörən yanaşma aşağı karbonlu iqtisadiyyata keçid üçün beynəlxalq səylərə uyğundur.
Bərpaolunan enerji mənbələrinə keçid Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə strategiyasının əsas elementidir. 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq kimi iddialı hədəfləri olan Azərbaycan bu sahədəki potensialından, o cümlədən külək, günəş, biokütlə, geotermal və hidroenergetika resurslarından fəal şəkildə istifadə edir. Əvvəllər Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi bərpaolunan enerjinin inkişafı, Azərbaycanın "yaşıl enerji" ambisiyalarının gücləndirilməsi üçün əlavə imkanlar açıb.
Azərbaycanın işğaldan azad edilmiş rayonlarını "sıfır emissiya" zonalarına çevirmək planları onun karbon qazı tullantılarının azaldılmasına və bu regionlarda "yaşıl enerji" potensialının maksimuma çatdırılmasına, enerjiyə qənaət edən texnologiyalardan istifadə və infrastruktur layihələrinin yaradılmasında qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verməklə davamlı inkişafa və ətraf mühitin mühafizəsinə sadiqliyini nümayiş etdirir. Eyni zamanda Azərbaycanın Xəzər dənizi sektorunda 157 GVt potensiala malik dəniz külək enerjisi ehtiyatlarının inkişafı, enerji portfelinin daha da şaxələndirilməsi və qlobal dekarbonizasiya səylərinə töhfə vermək üçün böyük perspektivləri var. Bu baxımdan, COP29 iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyət üçün həlledici platformadır, çünki tərəflər ən aktual problemləri həll etmək üçün bir araya gəlirlər. Gündəlikdəki əsas məsələlər arasında tərəflərin iqlimin maliyyələşdirilməsi (NCQG) üzrə kollektiv kəmiyyət hədəfi üzrə konsensusa nail olacağı gözlənilir. Bu, bütün dünyada iqlim dəyişmələrinin azaldılması və uyğunlaşma səylərini dəstəkləmək üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına maliyyə töhfəsi üçün hədəflər təyin etmək imkanı verəcək. Bundan əlavə, Paris Sazişinin 6-cı maddəsi üzrə müzakirələr davam etdiriləcək, əsas diqqət davamlı inkişaf üzrə beynəlxalq əməkdaşlıq mexanizmlərinə yönəldiləcək.
İqlim dəyişmələrinin geri dönməz təsirləri ilə üzləşən, xüsusən də onun təsirlərinə ən həssas olan ölkələrə dəstək vermək məqsədi daşıyan "İtkilər və Zərər Fondunun" yaradılması böyük əhəmiyyət kəsb edir. Beləliklə, COP29 tərəflərə iqlim fəaliyyəti, həmrəylik və öhdəliklərini yeniləmək imkanı verəcək.
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin ekoloji dayanıqlılığa və iqlim dəyişmələri ilə mübarizəyə sadiqliyini dünya miqyasında nümayiş etdirmək üçün unikal fürsətdir. Bərpaolunan enerjidən istifadə etmək, emissiyaları azaltmaq və bütün ölkə üzrə "yaşıl inkişafa" diqqət yetirmək, işğaldan azad edilmiş ərazilərdə işlərə diqqəti artırmaqla Azərbaycan təkcə öz maraqlarını irəli sürmür, həm də iqlim dəyişmələri ilə bağlı qlobal çağırışların həlli üzrə ümumi səylərə öz töhfəsini verir. Dünya daha dayanıqlı gələcəyə can atarkən enerji ilə zəngin Azərbaycan dinamik iqtisadi artımını qoruyub saxlayır, iqlimin qorunmasında aparıcı rol oynayır.
İqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılması üçün bütün ölkələr iqtisadiyyatlarını yaşıllaşdırmaq və davamlılıq yaratmaq naminə səylərini artırmalı, gələcəyimizi təhlükə altına alan problemlərin həllinə öz töhfələrini verməlidirlər. Çünki bu dünya hamımızın evidir.
Nurəngiz ADİLQIZI.


Azərbaycan Prezidenti: COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər