lider-media.az

İqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir

Baxış: 313 Tarix: 24-06-2024, 18:38

 

  Bu sözləri Milli Məclisinin deputatı Kamal Cəfərov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfrans zamanı deyib.

  Millət vəkili qeyd edib ki, bu çağırış milli və qlobal səyləri şərtləndirir:

  "Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişimlərin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. 

  Bu sahədə həyata keçirilən tədbirlərin fonunda təsadüfi deyil ki, COP 29-a ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir".

  Deputat deyib ki, COP 29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Parlamentinin də üzərinə mühüm vəzifələr düşür:

  "Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir.

  Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı verəcəkdir. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcəkdir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi