BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə fəaliyyəti çərçivəsində növbəti, onuncu tədbir “İqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri” mövzusunda olub.
Bu barədə BMT-nın Əhali Fondunun ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkil etdiyi tədbirdə hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə beynəlxalq və yerli ekspertlər iştirak ediblər.
Tədbirin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan çıxış ediblər.
Panel müzakirələri zamanı BMT təmsilçiləri, ekspertlər və yerli vətəndaş cəmiyyəti nümayəndələri qlobal miqyasda müşahidə olunan iqlim dəyişikliyinin demoqrafik proseslərə və əhali dinamikasına təsiri ətrafında fikir mübadiləsi aparıblar.
“COP29-un məqsədi ambisiyaları gücləndirmək və fəaliyyət üçün şərait yaratmaqdır. İqlim dəyişikliyinin demoqrafik təsirlərini həll etməklə, biz davamlı inkişafa və dayanıqlılığa təkan verəcək hərtərəfli və inklüziv siyasətə yol açırıq”,- deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov davamlı inkişaf kursunun müəyyən edilməsində demoqrafik tendensiyalarla bağlı yanaşmaların strateji planlaşdırmaya inteqrasiyasının zəruriliyini qeyd edib. O, iqlim dəyişikliyi və əhali meylləri arasındakı əlaqələrin araşdırılmasının idarəetməyə kömək etdiyini vurğulayıb.
BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan iqlim dəyişikliyinin demoqrafik proseslərə təsiri barədə danışarkən deyib: “İqlim dəyişikliyi əhalinin doğum, miqrasiya və ölüm göstəricilərinə təsir göstərir. İctimai səhiyyə fenomeni olaraq, iqlim dəyişikliyi təhlükəsiz hamiləlik və doğuşdan tutmuş insanların ümumi rifahına və gələcəyə dair gözləntilərinə təsir edir. İqlim amillərindən qaynaqlanan yoxsulluq və ərzaq təhlükəsizliyinin olmaması miqrasiyanın artmasına, eyni zamanda məişət zorakılığı risklərinin çoxalması, qızların təhsildən kənarlaşdırılması və erkən nikahların artması kimi fəsadlara gətirib çıxarır.”
Qeyd etmək lazımdır ki, “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır.






Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev Fərman imzaladı
BMT Azərbaycan və “PAŞA Holding” “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər