lider-media.az

İtaliya müalicəyə ehtiyacı olan 60 fələstinlini qəbul edib

Baxış: 85 Tarix: 5-02-2024, 13:40

İtaliya azyaşlılar da daxil olmaqla, ağır yaralı və müalicəyə ehtiyacı olan 60 fələstinlini qəbul edib.

AZƏRTAC xəbər verir ki, göyərtəsində yaralı fələstinlilərin olduğu “Vulcano” gəmisi İtaliyanın La Speziya limanına yan alıb. Müalicəyə ehtiyacı olan fələstinlilər paytaxt Roma, eləcə də Milan, Genuya, Florensiya, Bolonya şəhərlərdəki xəstəxanalara yerləşdiriləcək. Onların 18-i uşaqlardır. Bəzilərinin çox ağır yaralandığı, lakin hamısının vəziyyətinin stabil olduğu və həyati təhlükəsinin olmadığı bildirilib.

Qarşılanma mərasimində iştirak edən İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani gəminin heyətinə təşəkkürünü bildirib, yaralıların hərtərəfli müayinəsi və müalicəsi üçün hökumət tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi