lider-media.az

Aleksandr Lukaşenko: Azərbaycandan idxalı artırmağı planlaşdırırıq

Baxış: 432 Tarix: 11-06-2024, 13:06

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycandan məhsul idxalını artırmaq niyyətində olduğunu açıqlayıb.

Lider-Media.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, bunu o, Minskdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Bununla bağlı heç bir maneə yoxdur. Ticarət dövriyyəmiz ilə bağlı göstəricilər yaxşıdır. Amma bu, balanslı deyil. Azərbaycandan daha çox məhsul almalıyıq. Biz bunu tənzimləyəcəyik”, - A.Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Belarusun ortaq dəyərləri var.

Belarus dövlət başçısı qeyd edib ki, parlamentlərarası əlaqələr iki dövlətin liderləri arasındakı münasibətlərin səviyyəsindən heç də geri qalmır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi