Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olundu.Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirildi.
Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.
Söhbət zamanı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunuldu, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.









ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Azərbaycan-Gürcüstan əlaqələri qonşuluq münasibətlərində nümunədir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cavanşir Feyziyev: Türk dünyasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi çox vacibdir
Ufuk Turganer: Şimali Kipr xalqı öz müstəqilliyinin dünyada tanınması istiqamətində mübarizəsini əzmlə davam etdirir
Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə təcrübə mübadiləsi aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və müalicəsi ilə bağlı xidmətlər də icbari tibbi sığorta ilə qarşılanır
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Türk qəhvəsi: Əsrlərə söykənən ənənə
Noyabrın 19-da gözlənilən hava şəraiti
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Leyla və Alyona Əliyevalar konsertdə
Əsrləri qabaqlayan mütəfəkkir – İbn Xaldun
FHN Mətbuat xidmətinin məlumatı (video, foto)
Yanvar-oktyabr aylarında Nazirliyin e-xidmətlərinə 5,5 milyon müraciət edilib
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı
Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı