lider-media.az

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

Baxış: 1129 Tarix: Сегодня, 15:03

Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi