Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin icbari tibbi sığorta üzrə xidmətləri vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsini də əhatə edir.Cari ilin 9 ayında vaxtından əvvəl doğulma diaqnozu ilə 117 körpəyə 276 tibbi xidmət göstərilib və bu xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanıb.Bu kateqoriyadan olan körpələr hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn uşaqlardır. Onlar, adətən, az çəki ilə doğulur və tənəffüs sistemi xəstəlikləri, sarılıq, beyin qanaxmaları, görmə və eşitmə problemləri, inkişaf geriliyi kimi sağlamlıq riskləri ilə üzləşirlər. Vaxtında göstərilən tibbi yardım, xüsusi neonatal qulluq və erkən reabilitasiya xidmətləri bu risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır.İcbari tibbi sığorta çərçivəsində həmin körpələrin sağlamlıq vəziyyətinə uyğun olaraq oksigen terapiyası, ürək-damar sisteminin monitorinqi, CPAP və ya süni tənəffüs dəstəyi, xüsusi qidalanma və digər zəruri tibbi xidmətlərlə təmin olunması işləri aparılır.
Müalicə müddətində onların nəbzi, tənəffüsü, qanda oksigen səviyyəsi və bədən hərarəti davamlı izlənilir, laborator və instrumental müayinələr aparılır.Bundan əlavə, mümkün fəsadların erkən aşkarlanması məqsədilə vaxtından əvvəl doğulan körpələrdə görmə və eşitmə müayinələri də icbari tibbi sığorta hesabına qarşılanır. Bu çərçivədə onların retinopatiyasının (ROP) aşkarlanması məqsədilə göz, eşitmə funksiyasının qiymətləndirilməsi üçün audioloji müayinələr aparılır.


Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cavanşir Feyziyev: Türk dünyasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi çox vacibdir
Ufuk Turganer: Şimali Kipr xalqı öz müstəqilliyinin dünyada tanınması istiqamətində mübarizəsini əzmlə davam etdirir
Azərbaycan və Qazaxıstan arasında aqrar sahədə təcrübə mübadiləsi aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Türk qəhvəsi: Əsrlərə söykənən ənənə
Noyabrın 19-da gözlənilən hava şəraiti
Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Leyla və Alyona Əliyevalar konsertdə
Əsrləri qabaqlayan mütəfəkkir – İbn Xaldun
FHN Mətbuat xidmətinin məlumatı (video, foto)
Yanvar-oktyabr aylarında Nazirliyin e-xidmətlərinə 5,5 milyon müraciət edilib
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı
Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı