Cavanşir Feyziyev: Türk dünyasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi çox vacibdir

Azərbaycan, Türkiyə və Şimali Kipr xalqlarını birləşdirən tarixi, milli-mənəvi və mədəni bağlar münasibətlərin inkişafı üçün möhkəm əsas yaradır.
Lider-media.az xəbər verir ki, bunu Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev Şimali Kiprin müstəqilliyinin 43-ci ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə söyləyib.
O, ölkələimiz araslnda bütün istiqamətlərdə əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib.
Cavanşir Feyziyev Türk dünyasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsinin, ortaq maraqların beynəlxalq platformalarda diqqətdə saxlanılmasının vacibliyini diqqətə çatdırıb.