lider-media.az

Azərbaycan və Özbəkistan parlamentləri arasında əməkdaşlığın inkişafına dair yol xəritəsi imzalanıb

Baxış: 342 Tarix: 7-06-2024, 11:40

Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı (yol xəritəsi) imzalanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, dost və qardaş ölkələrimiz, dövlət başçılarımız arasında mövcud yüksək səviyyəli münasibətlər qanunvericilik orqanlarımız arasında da əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Bu mənada imzalanan yol xəritəsinin parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi