lider-media.az

Ölkədə sosial təminat haqqında

Baxış: 1174 Tarix: Вчера, 10:48

2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1100,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1103,3 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilib.     

2026-cı ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər  istisna olmaqla, 15,9 min ailəyə 16,4 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,5 min nəfərə birdəfəlik müavinətlər verilib.
    2026-cı il iyulun 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 97,9 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 405,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi