lider-media.az

DİN “Diqqət, uşaqlar” devizi ilə təhlükəsizlik aylığı keçirəcək

Baxış: 1326 Tarix: 3-09-2026, 10:36

Yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Bu məqsədilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq, sentyabr ayının 5-dən oktyabr ayının 5-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcəkdir.

Məlumatı DİN-in Mətbuat Xidməti İdarəsi verib. 

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi, onların  hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da intensivləşdirilməsi nəzərdə tutulur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırır!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi