lider-media.az

Kəlbəcər-laçın avtomobil yolunda tikinti davam edir VİDEO

Baxış: 1563 Tarix: 24-08-2026, 12:14


Kəlbəcər və Laçın arasında məsafə 31,98 kilometr qısalacaq. Mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq.
 Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb. Tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır. Hazırda layihə üzrə ümumi işlərin 50%-dən çoxu icra olunub.
Yeni yol Kəlbəcər və Laçın arasında gediş-gəlişi qısaltmaqla yanaşı, regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi