“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlar əsassında, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3 382,6 km təşkil edən 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir:
- Respublika əhəmiyyətli - 1076,1 km;
- Yerli əhəmiyyətli - 2306,5 km.
Agentlik tərəfindən indiyədək sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb:
1. Tərtər-Suqovuşan-Talış avtomobil yolu - 28,5 km;
2. “Zəfər Yolu” - 101 km;
3. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu - 22 km;
4. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu - 22 km;
5. Bərdə-Ağdam avtomobil yolu - 44,5 km;
6. Füzuli-Hadrut avtomobil yolu - 12,3 km;
7. Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi - 61,4 km.
Tikintisi davam edən layihələrin 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub:
1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu - 81,7 km, 4 hərəkət zolaqlı;
2. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu - 39,7 km, 4 hərəkət zolaqlı;
3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu - 70,4 km, 4 hərəkət zolaqlı;
4. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu - 81,8 km, 2-4 hərəkət zolaqlı;
5. Kəlbəcər-Laçın avtomobil yolu - 75,6 km, 2-4 hərəkət zolaqlı;
6. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu - 123,6 km, 4-6 hərəkət zolaqlı;
7. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (112 km) - İranla dövlət sərhədi avtomobil yolunun (7,7 km) və Araz çayı üzərində avtomobil körpülərinin tikintisi;
8. Ağdam-Füzuli avtomobil yolu - 65,7km, 4 hərəkət zolaqlı;
9. R-33, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu - 44,8 km, 2 hərəkət zolaqlı;
10. Qubadlı-Eyvazlı avtomobil yolu - 28,5 km, 2 hərəkət zolaqlı;
11. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu - 22,3 km, 2 hərəkət zolaqlı;
12. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolu – 25.2 km;
13. Hadrut-Tuğ-Azıx avtomobil yolu - 19 km, 2 hərəkət zolaqlı;
14. Kəlbəcər və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları -1274,6 km, 2 hərəkət zolaqlı;
15. Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları – 297 km;
16. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri.
Dövlət Proqramına uyğun olaraq, Agentlik tərəfindən 8 şəhərin - Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçın daxili yollarının tikintisi işləri də icra olunur:
1. Şuşa şəhərinin daxili yollarının tikintisi (52 km, I mərhələ 15,8 km);
2. Ağdam şəhərinin daxili yollarının tikintisi (189,7 km, I mərhələ 58,7 km);
3. Qubadlı şəhərinin daxili yollarının tikintisi (74 km, I mərhələ 24 km);
4. Zəngilan şəhərinin daxili yollarının tikintisi (32 km, I mərhələ 15,8 km):
5. Kəlbəcər şəhərinin daxili yollarının tikinti (26,5 km, I mərhələ 18,9 km);
6. Cəbrayıl şəhərinin daxili yollarının tikintisi (44,5 km, I mərhələ-24 km);
7. Füzuli şəhərinin daxili yollarının tikintisi ( 84,7 km, I mərhələ 18,5 km);
8. Laçın şəhərinin daxili yollarının tikintisi və bərpası – ( 80 km, I mərhələ 55.8 km)
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 8 kəndə gedən avtomobil yollarının və 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır:
1. Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolu (2,8 km, 2 hərəkət zolaqlı);
2. Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolu (3 km, 2 hərəkət zolaqlı);
3. Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolu(0,3 km, 2 hərəkət zolaqlı);
4. Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolu (0,2 km, 2 hərəkət zolaqlı);
5. Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolu (0,5 km, 2 hərəkət zolaqlı);
6. Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolu (1 km, 2 hərəkət zolaqlı);
7. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü km-dən ayrılan Umudlu kəndinə gedən avtomobil yolu (10,2 km, 2 hərəkət zolaqlı);
8. M-6(197 km)-Şəfəq stansiyası avtomobil yolu (11,5 km, 2 hərəkət zolaqlı, qırmadaş örtüklü, layihələndirmə işləri həyata keçirilir)
9. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu – 77,6 km;
10. Xankəndi-Şuşa-Laçın avtomobil yolu – 32,6 km;
11. Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam avtomobil yolu – 33,8 km;
12. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu (24 km hissəsi I texniki dərəcəli) – 34 km;
13. Bərdə-Ağdam (40km)-Əsgəran avtomobil yolu – 20,6 km;
14. Tərtər-Ağdərə avtomobil yolu – 24.2 km.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində tikilən tunellərin ümumi uzunluğu 70,8 km (45 tunel), körpülərin ümumi uzunluğu- 9581,6 m (447 körpü), viadukların ümumi uzunluğu 3871 m (16 viaduk) təşkil edir.İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını böyük fərəhlə qeyd edir - MƏQALƏ
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Çağırışçıların yekun tibbi müayinəsi 4 kateqoriya üzrə aparılır və qərar barədə çağırışçıya e-qaydada məlumat verilir
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
Bakıda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə şəhərinə çatıb
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sosial şəbəkələrdə bu reklamlara qarşı diqqətli olun: DİN-dən xəbərdarlıq
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
General-mayor Mürsəl İbrahimov aprel çağırışı ilə bağlı iclas keçirib
Türkiyədə “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir
Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirib
Dünyada ilk pulun istifadə edildiyi, turistlərin ən sevdiyi şəhər: Qədim Uşak şəhəri
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunub
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad ediblər

Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı
Təbii və faydalı qida sağlamlığın əsasıdır
40 yaşdan sonra arıqlamağı beyin necə qəbul edir?
Məşhurlar haqqında bilinməyənlər
Limon bir çox problemlərə yol aça bilər